DOLAR
49,09 ₺
EURO
55,74 ₺
STERLİN
65,29 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

“Şamaxıda dağda köməksiz qalan əcnəbilərin axtarışına aviadəstə cəlb edilir”

Şamaxıda köməksiz vəziyyətdə qalan iki əcnəbi vətəndaşın yeri müəyyənləşdirilib.Bu barədə özəl olaraq VOİCEPRESS-ə Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran…

|
“Şamaxıda dağda köməksiz qalan əcnəbilərin axtarışına aviadəstə cəlb edilir”

Şamaxıda köməksiz vəziyyətdə qalan iki əcnəbi vətəndaşın yeri müəyyənləşdirilib.

Bu barədə özəl olaraq VOİCEPRESS-ə Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən məlumat verilib.

Bildirilib ki, köməksiz qalan xarici ölkə vətəndaşları dağlıq ərazidə qara düşüblər:

“Həmin şəxslər Şamaxıdan 26 km aralı dağlıq ərazidə, Pirbəyli kəndindən 4 km dağ istiqamətində qalıblar. Həmin əcnəbilər 2 “Nissan Patrol” markalı avtomobildədirlər. Aralarında xəsarət alan yoxdur, sadəcə, avtomobilin təkərləri üçün zəncir istəyiblər. Xilasedicilər əraziyə yollanıb. Hazırda isə FHN-in Aviasiya dəstəsi hadisə yerinə hərəkət etməyə hazırlaşır”.

Bundan əvvəl Azərbaycan Dövlət Dəniz Administrasiyasının mətbuat xidmətindən Trend-ə bildirilmişdi ki, bu gün saat 06:48 radələrində Amerika Birləşmiş Ştatlarının 911 çağrı mərkəzindən Dövlət Dəniz Administrasiyasının Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzinə Şamaxı rayonunda dağlıq ərazidə bir gümüş və bir qara “Nissan Patrol” markalı avtomobilində qalan xarici vətəndaşların köməyə ehtiyacı olması barədə məlumat daxil olub. Yardıma ehtiyacı olan şəxslər və onların yerləşdiyi ərazinin koordinatları dərhal Fövqəladə Hallar Nazirliyinin 112 zəng mərkəzinə ötürülüb.


VOİCEPRESS.AZ

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR