DOLAR
49,09 ₺
EURO
55,74 ₺
STERLİN
65,29 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

“Sənin vətənin İspaniyadır, Kataloniya yox”

"Barselona"nın ulduz futbolçusu Jerard Pike İspaniya milli komandası ilə çıxdığı son məşqdə sərt reaksiyalarla üzləşib.Oktyabrın 1-də Kataloniyada keçirilmiş…

|
“Sənin vətənin İspaniyadır, Kataloniya yox”

“Barselona”nın ulduz futbolçusu Jerard Pike İspaniya milli komandası ilə çıxdığı son məşqdə sərt reaksiyalarla üzləşib.

Oktyabrın 1-də Kataloniyada keçirilmiş müstəqillik referendumu İspaniya Krallığı tərəfindən qeyri-qanuni elan edildikdən sonra ölkədə gərgin hadisələr başlayıb.

VOİCEPRESS xəbər verir ki, Kataloniyanın müstəqilliyini dəstəklədiyini dilə gətirən Pike yüzlərlə insanın yaralanmasına səbəb olan hadisələrlə bağlı çox duyğusal açıqlamalar verib.

Lazım olarsa, İspaniya milli komandasını tərk edə biləcəyini söyləyən katalon ulduz elə ilk məşqdəcə azarkeşlərin sərt reaksiyası ilə üz-üzə qalıb.

Tərəfdarlar 30 yaşındakı futbolçu haqqında təhqir dolu fikirlər səsləndiriblər. Onlar “Sənin vətənin İspaniyadır, Kataloniya yox” yazılı posterlərlə Pikeni ruhdan salıblar.

23 dəqiqə davam edən təlim-məşq toplantısından sonra komanda soyunub-geyinmə otağına qayıdıb.

VOİCEPRESS.AZ

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR