DOLAR
49,13 ₺
EURO
55,26 ₺
STERLİN
65,01 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

Sabiq prezidentin xanımına cinayət işi açıldı

Qırğızıstanın sabiq prezidenti Almazbek Atambayevin həyat yoldaşını da həbs təhlükəsi gözləyir. VOİCEPRESS.AZ xarici mediaya istinadən xəbər verir ki, Almazbek…

|
Sabiq prezidentin xanımına cinayət işi açıldı

Qırğızıstanın sabiq prezidenti Almazbek Atambayevin həyat yoldaşını da həbs təhlükəsi gözləyir.

VOİCEPRESS.AZ xarici mediaya istinadən xəbər verir ki, Almazbek Atambayevin xanımı Raisa Atambayevaya qarşı cinayət işi başlanılıb.

Məlumata görə, Raisa Atambayeva hakimlərə təzyiq göstərməkdə ittiham olunur.

Ona qarşı irəli sürülən ittihamla razılaşmayan R.Atambayeva bildirib ki, o heç vaxt siyasətə qarışmayıb və hakimlərə hər hansı təzyiq göstərməyib.

Qeyd edək ki, sabiq prezident A.Atambayevin özü adam öldürmə, kütləvi iğtişaş təşkil etmə, adam öldürməyə cəhd, girov götürmə və hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etmə maddələri ilə ittiham olunur.

VOİCEPRESS.AZ

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR