DOLAR
50,50 ₺
EURO
55,53 ₺
STERLİN
66,72 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Müsahibə Təhlil Sport Yazarlar Mədəniyyət YanPress
Menü
Dil
Русский Azerbaycan

Sabah Bakıda temperatur 21 dərəcəyə çatacaq

Noyabrın 19-da gözlənilən hava şəraiti açıqlanıb.

|
Sabah Bakıda temperatur 21 dərəcəyə çatacaq

Noyabrın 19-da gözlənilən hava şəraiti açıqlanıb.

VOİCEPRESS Milli Hidrometeorologiya Xidmətinə istinadən məlumat verir ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 8-11° isti, gündüz 17-21° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 753 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 60-65%, gündüz 50-55% təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 4-8° isti, gündüz 15-20° isti, dağlarda 2° şaxtadan 3°-dək isti, gündüz 11-16° isti olacaq.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR