DOLAR
50,15 ₺
EURO
56,04 ₺
STERLİN
67,30 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Müsahibə Təhlil Sport Yazarlar Mədəniyyət YanPress
Menü
Dil
Русский Azerbaycan

İçərişəhərdə Zəfər Gününə həsr olunmuş konsert təşkil olunub

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı ilə Qoşa Qala meydanında xalqımızın 8 Noyabr – Zəfər…

|
İçərişəhərdə Zəfər Gününə həsr olunmuş konsert təşkil olunub

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı ilə Qoşa Qala meydanında xalqımızın 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Zəfərin Səsi” adlı təntənəli konsert proqramı təşkil edilib.

VOİCEPRESS-in xəbərinə görə, Zəfər sevinci bəxş edən tədbir tanınmış incəsənət ustalarının və musiqi kollektivlərinin rəngarəng çıxışları ilə yaddaqalan olub.

Tədbir çərçivəsində Cahangir Cahangirov adına Xor kollektivi, Yusif Cəfərbəyli, Ərəstun Quliyev, Telman Budaqov, Nurlana Abdullayeva, Dəniz Məmmədli, Şölə Səfərəliyeva, Abgül Mirzəliyev, Fəxri İsmayılov, həmçinin rəqs qrupu və “The Passion” simli kvarteti bir-birindən maraqlı ifaları ilə tamaşaçılara unudulmaz anlar bəxş ediblər.

Milli ruhun və qürur hissinin nümayiş olunduğu bu özəl axşamda şəhər sakinləri ilə yanaşı, şəhərimizin qonaqları da Zəfər tariximizin şanlı sevincini birgə yaşayıblar.

VOİCEPRESS

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR