DOLAR
50,50 ₺
EURO
55,53 ₺
STERLİN
66,72 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Müsahibə Təhlil Sport Yazarlar Mədəniyyət YanPress
Menü
Dil
Русский Azerbaycan

Zakir Həsənov yeni general rütbələri alan hərbçilərlə görüşüb

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə ali hərbi rütbələrə layiq görülən hərbi qulluqçularla görüş…

|
Zakir Həsənov yeni general rütbələri alan hərbçilərlə görüşüb

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə ali hərbi rütbələrə layiq görülən hərbi qulluqçularla görüş keçirib.

VOİCEPRESS-in məlumatına görə, görüş noyabrın 16-da baş tutub. Tədbirdə Prezident İlham Əliyevin 7 noyabr 2026-cı il tarixli Sərəncamı və müdafiə nazirinin müvafiq əmri oxunub, bundan sonra zabitlərə general-leytenant və general-mayor ali hərbi rütbələri təqdim edilib.

General-polkovnik Zakir Həsənov Ali Baş Komandan İlham Əliyevin təbriklərini hərbi qulluqçulara çatdırıb, yeni rütbələr münasibətilə onları təbrik edib və gələcək xidmətlərində uğurlar arzulayıb.

Ali hərbi rütbələrə layiq görülən zabitlər göstərilən etimada görə Prezident İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, ali hərbi rütbələrin verilməsi Azərbaycan Ordusunda zabit heyətinin xidmətlərinin qiymətləndirilməsi və peşəkar fəaliyyətinin təşviqi baxımından mühüm əhəmiyyət daşıyır.

VOİCEPRESS

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR