DOLAR
49,13 ₺
EURO
55,26 ₺
STERLİN
65,01 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

Rusiyada Azərbaycan vətəndaşlarını daşıyan avtobus aşıb, yaralananlar var

Rusiyanın Stavropol diyarında Azərbaycan vətəndaşlarını daşıyan mikroavtobus aşıb.VOİCEPRESS.AZ RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya…

|
Rusiyada Azərbaycan vətəndaşlarını daşıyan avtobus aşıb, yaralananlar var

Rusiyanın Stavropol diyarında Azərbaycan vətəndaşlarını daşıyan mikroavtobus aşıb.

VOİCEPRESS.AZ RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin region üzrə Baş İdarəsi məlumat yayıb.

“Saat 10.45-də (Bakı vaxtı ilə 11:45) Levokumski kəndinin 1 kilometrliyində Azərbaycan-Moskva marşrutu ilə Azərbaycan vətəndaşlarını daşıyan “Mercedes” markalı marşrut mikroavtobusunun aşması barədə məlumat daxil olub”, – deyə məlumatda bildirilir.

Qeyd olunur ki, mikroavtobusda 13 nəfər olub:

“İlkin məlumata görə, 6 nəfər yaralanıb. Xəsarət alanlar Levokumski rayon xəstəxanasına aparılıb. Yanğın olmayıb, yol bağlanmayıb”.

VOİCEPRESS.AZ

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR