DOLAR
49,13 ₺
EURO
55,26 ₺
STERLİN
65,01 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

Rusiya Azərbaycanın 18 ton pomidorunu geri qaytardı

Azərbaycandan Rusiyaya pomidor ixracı ilə məşğul olan sahibkarlar yenə problemlə üzləşiblər. Bu dəfə də sənədləşmədə çatışmazlıqların olduğu bildirilib. Bundan…

|
Rusiya Azərbaycanın 18 ton pomidorunu geri qaytardı

Azərbaycandan Rusiyaya pomidor ixracı ilə məşğul olan sahibkarlar yenə problemlə üzləşiblər. Bu dəfə də sənədləşmədə çatışmazlıqların olduğu bildirilib. Bundan başqa, Rusiya tərəfi Azərbaycandan idxal olunan alma və xurmada xəstəlik tapıb. Bəs azərbaycan tərəfinin bu iddialara cavabı nə olub?

Rusiya 18 ton pomidoru Azərbaycana qaytarıb.
Səbəb olaraq məhsulun müvafiq sənədlərinin saxta olması göstərilib.
VOİCEPRESS.AZ xezerxeber.az-a istinadən bildirir ki, Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyevin sözlərinə görə, sahibkar sertifikatda düzəliş etdirməli olduğu halda məsuliyyətsizliyə yol verib. Rusiya tərəfi sertifikatda göstərilən nömrə ilə yük maşınının nömrəsinin uyğun gəlmədiyini gördükdə məhsulu geri göndərib.
Bundan başqa, Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin Dağıstan üzrə İdarəsi tərəfindən Yaraq-Qazmalar gömrük keçid məntəqəsində aparılan araşdırma zamanı Azərbaycandan idxal olunan alma və xurmada “Kaliforniya qalxanlı yastıcası” aşkarlanıb. Xidmətinin rəisi Camal Quliyevin sözlərinə görə, buna Quba və Xaçmaz zonasında, həmçinin Rusiyanın cənub ərazilərində daha çox rast gəlinir.
Qeyd edək ki, yastıcı ciddi təhlükə yaratmağından məhsulun Rusiyaya idxalına qadağa qoyulmayıb.

VOİCEPRESS.AZ

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR