DOLAR
49,29 ₺
EURO
55,14 ₺
STERLİN
65,16 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

Rumıniyada yeni hökumətin tərkibi elan edilib

Rumıniya Sosial-Demokrat Partiyasının lideri, liberallar və demokratlar alyansının rəhbəri Liviu Draqnya və ölkənin Baş naziri təyin edilmiş Sorin Qrindyanu…

|
Rumıniyada yeni hökumətin tərkibi elan edilib

Rumıniya Sosial-Demokrat Partiyasının lideri, liberallar və demokratlar alyansının rəhbəri Liviu Draqnya və ölkənin Baş naziri təyin edilmiş Sorin Qrindyanu keçirdikləri mətbuat konfransında hökumətin yeni tərkibini elan ediblər.

VOİCEPRESS AZƏRTAC-a istinadən bildirir ki, yeni ikipartiyalı kabinetdə xarici işlər naziri vəzifəsi Teodor Maleşkanuya həvalə edilib. O, artıq dörd dəfə bu vəzifədə çalışıb, həmçinin Xarici Kəşfiyyat Xidmətinə rəhbərlik edib.

Əvvəllər Milli Müdafiə Nazirliyində silahlanma üzrə dövlət katibi işləmiş Qabriel Leş ölkənin milli müdafiə naziri vəzifəsini tutacaq. Ədliyyə naziri vəzifəsində isə Deputatlar Palatasının keçmiş spikeri Florin Yordake çalışacaq.

VOİCEPRESS.AZ

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR