DOLAR
49,29 ₺
EURO
55,14 ₺
STERLİN
65,16 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

Qarabağda daha 7 fəaliyyət sahəsi vergi və gömrük rüsumlarından azad edilib

İşğaldan azad edilmiş ərazilərdə vergi və gömrük güzəştlərinin tətbiq olunduğu iqtisadi fəaliyyət sahələrinin sayı artırılıb.

|
Qarabağda daha 7 fəaliyyət sahəsi vergi və gömrük rüsumlarından azad edilib

VOİCEPRESS xəbər verir ki, bununla bağlı Nazirlər Kabinetinin 8 sentyabr 2026-cı il tarixli qərarı ilə müvafiq siyahıya dəyişiklik edilib.

Dəyişikliyə əsasən, daha 7 iqtisadi fəaliyyət istiqamətində istifadə üçün idxal olunan müvafiq texnika, texnoloji avadanlıq, qurğu, xammal və materiallar əlavə dəyər vergisindən (ƏDV) və gömrük rüsumundan azad edilib.

Güzəştlərin şamil edildiyi yeni fəaliyyət sahələri bunlardır:

  • Əczaçılıq məhsullarının istehsalı;

  • Bərpa olunan enerji mənbələri hesabına elektrik enerjisi istehsalı;

  • Üzümdən şərab istehsalı;

  • Elmi tədqiqat və işləmələr;

  • Ət, quş əti, balıq və süd məhsullarının emalı və konservləşdirilməsi, həmçinin heyvan yemi istehsalı;

  • Heyvandarlıq və şirin su hövzələrində balıqyetişdirmə;

  • Kənd təsərrüfatı məhsullarının çeşidlənməsi və qablaşdırılması.

Qeyd edək ki, güzəştlər yalnız təsdiqlənmiş siyahıda göstərilən iqtisadi fəaliyyət sahələrinə və həmin sahələr üzrə nəzərdə tutulan malların idxalına şamil olunur.

Dəyişikliklərin kənd təsərrüfatı, emal sənayesi, əczaçılıq, bərpa olunan enerji və elmi tədqiqat sahələrində fəaliyyət göstərən sahibkarların investisiya və istehsal xərclərini azaltması, yeni layihələrin həyata keçirilməsini stimullaşdırması gözlənilir.

Güzəştlərdən yararlanmaq üçün sahibkarlar sənədlərini İqtisadiyyat Nazirliyinə fiziki və ya elektron formada təqdim edə bilərlər.

VOİCEPRESS

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR