Bəzi milli məhdudiyyətlərin aradan qaldırılması MDB-nin daha böyük uğurlar əldə etməsinə imkan verəcək.
VOİCEPRESS Rusiya mediasına istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Türkmənistanda MDB ölkələri liderlərinin məhdud tərkibdə keçirilən görüşündə bildirib.
Daha sürətlə irəliləmək mümkündürmü? Yəqin ki, mümkündür. Bunun üçün nə etmək lazımdır? Maneələri aradan qaldırmaq. Tempi özümüz bilərəkdən yavaşladırıq", - o qeyd edib.
Putin həmçinin bildirib ki, ötən il Rusiya və MDB arasında ticarət dövriyyəsi 110 milyard dolları ötüb və bu il də artmaqda davam edib.
"İş gedir. 2025-ci ilin yekunları üzrə Rusiya və MDB-yə üzv ölkələrin ticarət dövriyyəsi 110 milyard dolları ötüb, cari ilin birinci yarısında isə daha 19 % artıb" - Putin qeyd edib.
VOİCEPRESS