DOLAR
49,29 ₺
EURO
55,14 ₺
STERLİN
65,16 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

“Reina” terrorçusunu saçları ələ verdi

“Reina” terrorçusunun müəyyənləşdirilməsi istifadə etdiyi papaqla mümkün oldu

|
“Reina” terrorçusunu saçları ələ verdi

“Reina” terrorçusunun müəyyənləşdirilməsi istifadə etdiyi papaqla mümkün oldu

“Reina” terrorçusu hadisə zamanı əlcəkdən istifadə etdiyi üçün barmaq izi buraxmayıb. VOİCEPRESS-in Milliyet-ə istinadən xəbər verir ki, terrorçunun kimliyi hadisə yerində çıxardığı papağındakı saç nümunələrindən təsbit edilib.

Yeni il gecəsini qana boyayan İŞİD-çi “Xorasani” kod adlı terrorçu Abdulkadir Maşaripovu tapmaq üçün hərəkətə keçən təhlükəsizlik orqanlarının əməkdaşları maraqlı detallar əldə ediblər. Terror təşkilatının təhsil üçün istifadə etdiyi bir evdə tutulan şübhəlilərin bir qisminin “Reina” terroru ilə əlaqəli olduğu məlum olub. İstintaq zamanı terrorçunun ərəb, rus və özbək dillərində yaxşı danışdığı ortaya çıxıb.

Əlcək taxdığı üçün hadisə yerində hər hansı bir barmaq izi tapılmayan qatilin şəxsiyyəti “Reina”da çıxartdığı papağındakı saç və toxuma nümunələrindən təsbit edilib.

Terrorçunun hücumda istifadə etdiyi silahın seriya nömrəsini sildiyi də məlum olub.

VOİCEPRESS.AZ

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR