İranın sabiq prezidenti, Məsləhət Şurasının sədri Əli Əkbər Haşimi Rəfsəncani vəfat edib.
Sabiq prezident bu gün ürək tutmasından sonra xəstəxanaya yerləşdirilmişdi.
Əkbər Haşimi Rəfsəncani 25 Avqust 1934-cü ildə anadan olub.
O, İranın dördüncü prezidenti vəzifəsində çalışıb.
Rəfsəncani 1989-1997 ildə İran prezidenti olub. 2005-ci ildə İrandakı prezident seçkilərində Mahmud Əhmədinecəd səs çoxluğu ilə onu qabaqlayıb. Həmçinin 1980-ci ildən 1989-cu ilə qədər İran Parlamentinin Sədri təyin olunub. 1980-ci ildə ona qarşı olan sui-qəsd uğursuzluqla nəticələnib.
O, praqmatik konservativ siyasətçi kimi tanınır. O, azad bazar pozisiyasını dəstəkləyirdi. 1993-cü ilin oktyabrında Bakıda rəsmi dövlət səfərində olub.
VOİCEPRESS.AZ