DOLAR
49,09 ₺
EURO
55,74 ₺
STERLİN
65,29 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

Ramil Usubovdan vacib şöbəyə yeni RƏİS TƏYİNATI

Xəbər verdiyimiz kimi, Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmrinə əsasən Baş Dövlət Yol Polisi İdarəsinin İmtahan Qeydiyyat və Texniki Baxış…

|
Ramil Usubovdan vacib şöbəyə yeni RƏİS TƏYİNATI

Xəbər verdiyimiz kimi, Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmrinə əsasən Baş Dövlət Yol Polisi İdarəsinin İmtahan Qeydiyyat və Texniki Baxış şöbəsinin rəisi, polis polkovniki Hacımurad Abdullayev xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

VOİCEPRESS unikal.org-a istinadən xəbər verir ki, nazirin digər əmri ilə İmtahan Qeydiyyat və Texniki Baxış şöbəsi, bundan sonra İmtahan Qeydiyyat və Texniki Baxış İdarəsi kimi fəaliyyət göstərəcək.

Qeyd edək ki, yeni quruma Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini Mübariz Şahbazov təyin edilib.

BDYPİ-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev Unikal.org-a təyinatı təsdiqləyib.

VOİCEPRESS.AZ

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR