Azərbaycanın tanınmış professorlarından biri, Milli Azadlıq Hərəkatının fəallarından olan Rəfiq bəy İsmayıl dünyasını dəyişib.
VOİCEPRESS xəbər verir ki, o bu gün müalicə aldığı xəstəxanada vəfat edib.
Qeyd edək ki, Rafiq bəy İsmayıl Elçibəyin Türkiyə təmsilçisi Xanım İsmayılovanın həyat yoldaşı, hazırda Türkiyədə yaşayan tanınmış Pr. Dr. Toğrul İsmayılın atasıdır.
Rafiq İsmayılov 1939-cu ildə Qazax rayonunun Xanlıqlar kəndində anadan olub.
1959-cu ildə Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinin ərəb şöbəsinə daxil olub və buranı 1964-cü ildə fərqlənmə ilə bitirib.
1964-1967-ci illərdə SSRİ İqtisadi əlaqələr komitəsinin xətti ilə Sudanda və Yəməndə ərəb dili tərcuməçisi kimi çalışıb. 1968-ci ildən BDU Şərqşünaslıq fakültəsində ərəb dili müəllimi, 1971-ci ildən Asiya və Afrika ölkələri tarixi kafedrasında müəllim, baş müəllim, dosent olub. 1978-1986-ci illərdə Tarix fakültəsinin dekan müavini olub.
1992-1993-cü illərdə Azərbaycan Respublikası prezidentinin humanitar məsələlər üzrə dövlət müşaviri kimi çalışıb.
Allah rəhmət eləsin!
VOİCEPRESS.AZ