VOİCEPRESS.AZ RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə yerli Səhiyyə Nazirliyinin nümayəndəsi Əşrəf əl-Kidr bildirib.
Bununla belə, bildirilir ki, son günlər İordan çayının qərb sahilində vəziyyətin pisləşməsinə baxmayaraq, 8 aydır davam edən “Böyük qayıdış yürüşü”nün miqyası bir qədər azalıb.
“Qəzza sektorunun şərq sahilində İsrail ordusunun əsgərləri ilə toqquşmalarda 75 fələstinli xəsarət alıb. Onlardan 7-i təcili yardımın əməkdaşlarıdır”, – deyə əl-Kidr bildirib.
Qeyd edək ki, daha əvvəl İordan çayının qərb sahilindəki toqquşmalarda 1 fələstinlinin həlak olması barədə xəbər verilib. Bildirilir ki, o, silahlıların axtarışı zamanı iki İsrail əsgərinin açdığı atəş nəticəsində öldürülüb. Həkimlər bildiriblər ki, həlak olan şəxsin 18 yaşı olub.
VOİCEPRESS.AZ