DOLAR
49,13 ₺
EURO
55,26 ₺
STERLİN
65,01 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

Qətər OPEK-dən çıxacaq

Qətər OPEK-dən (Neft İxrac Edən Ölkələr Birliyi) çıxacaq.VOİCEPRESS.AZ-ın Trend-ə istinadən məlumatına görə, Qətərin energetika və sənaye naziri Saad bin Şnida…

|
Qətər OPEK-dən çıxacaq

Qətər OPEK-dən (Neft İxrac Edən Ölkələr Birliyi) çıxacaq.

VOİCEPRESS.AZ-ın Trend-ə istinadən məlumatına görə, Qətərin energetika və sənaye naziri Saad bin Şnida əl-Kaabi deyib ki, ölkəsi yanvar ayının 1-dən OPEK-dən çıxmağa hazırlaşır.

Qeyd edək ki, OPEK 1960-cı il sentyabrın 10-14-də Bağdadda keçirilən konfransda yaradılıb.

Qətərdən başqa İran, İraq, Küveyt, Səudiyyə Ərəbistanı, Venesuela, Liviya, Birləşmiş Ərəb Əmirlikləri, Əlcəzair, Nigeriya, Ekvador və Anqola təşkilatın üzvüdür.

Xatırladaq ki, 2007-ci ildə İndoneziya OPEK-i tərk edib.

VOİCEPRESS.AZ

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR