VOİCEPRESS xəbər verir ki, bunu İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) sədri, iqtisadçı-alim Vüqar Bayramov bildirib.
İqtisadçının fikrincə, qiymətin aşağı düşməsi OPEK üzvü olan ölkələr arasındakı dimplomatik gərginliklə bağlıdır: “Belə ki, bu gərginliyə görə OPEK-in hasilatın azaldılması ilə bağlı öhdəliklərin yerinə yetirilməməsi riski dünya bazarına təsir göstərir. Praktik olaraq, “Qətər məsələsi” OPEK üzvlərini iki fərqli cəbhəyə ayırıb. Bu isə tərəflərin neft hasilatının azaldılması ilə bağlı öhdəliklərə necə əməl eməsinin monitorinq imkanlarnı xeyli məhdudlaşdırır. Digər tərəfdən, gələcəkdə hasilatın daha böyük həcmdə azaldılması ilə bağlı gözləntilərin də üstündən xətt çəkmiş olur. Bundan başqa, Səudiyyə Ərəbistanının Qətəri blokadası heç də bu ölkənin neft ixracatında problemlər yaratmayıb. Deməli, dünya bazarında neft təklifi dəyişməyib, amma bununla belə, bazarda qiymətləri azaldan ciddi psixoloji faktorlar var”.
V.Bayramov qeyd edib ki, körfəz ölkələrində müşahidə edilən son diplomatik gərginlik OPEK-in neft bazarına təsir imkanlarını xeyli məhdudlaşdırmaqla yanaşı, hasilatın azaldılması ilə bağlı öhdəliklərin yerinə yetirilməsini də çətinləşdirib: “Bu isə nəticədə qiymətlərin azalmasını stimuallaşdırır. Əgər Qətərin neft ixracatında hər hansı azalmalar olmazsa, neftin dünya bazar qiymətində daha kəskin enişlər istisna edilmir”.
VOİCEPRESS.AZ