DOLAR
49,11 ₺
EURO
55,48 ₺
STERLİN
65,08 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

Qadınlarla kişilər nə zaman eyni maaş ALACAQ? – ARAŞDIRMA

Qadınların kişilərlə eyni maaşı alması və iş yerində bərabər şəkildə təmsil edilmələri üçün 217 il gözləməlidirlər.VOİCEPRESS xəbər verir ki, Dünya İqtisadi…

|
Qadınlarla kişilər nə zaman eyni maaş ALACAQ? – ARAŞDIRMA

Qadınların kişilərlə eyni maaşı alması və iş yerində bərabər şəkildə təmsil edilmələri üçün 217 il gözləməlidirlər.

VOİCEPRESS xəbər verir ki, Dünya İqtisadi Forumu (World Economic Forum/WEF) dünya miqyasında apardığı araşdırma nəticəsində belə bir qənaətə gəlib.

Dünya İqtisadi Forumunun açıqladığı rəqəmə görə, hazırda qadınlar kişilərin maaşının yarısı qədər məvacib alır. Bu da cinslərarasında 58 faizlik iqtisadi uçurum yaradır.

WEF-in Cinsiyyət və Əmək naziri Saadi Zahidi bildirib ki, gender bərabərliyi həm əxlaqi, həm də iqtisadi bir əhəmiyyət daşıyır. O bəzi ölkələrin bunun fərqində olduğunu və bu istiqamətdə işlədiklərini bildirib.

Təşkilat tərəfindən 2017-ci ildə gender bərabərliyi mövzusunda yayımlanan ikinci məqalada işə neçə kişi və qadının cəlb edilməsi, qazandığı maaşlar və onlara verilən işlərdə irəliləyişlər təhlil edilib.

VOİCEPRESS.AZ

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR