Litva prezidenti Gitanas Nauseda Azərbaycana rəsmi səfərə gəlib.
Voicepress.az xəbər verir ki, bu gün Litva prezidenti Gitanas Nauseda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcək. Prezidentlər energetika və iqtisadiyyat sahələrində ikitərəfli əməkdaşlığı, Qafqazda təhlükəsizliyi, Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığı müzakirə edəcək, Litva-Azərbaycan Biznes Forumunda iştirak edəcəklər.
Gitanas Nauseda həmçinin Azərbaycanın Baş naziri Əli Əsədovla və Bakıda yaşayan litvalılarla görüşəcək. Litva prezidenti 1990-cı ilin Qara Yanvar qurbanlarının xatirəsini yad etmək üçün Şəhidlər xiyabanını ziyarət edəcək.
\voicepress.az\