Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanın ticarət dövriyyəsi illik müqayisədə 10,3 faiz artaraq 38 milyard 898,5 milyon dollar təşkil edib.
VOİCEPRESS xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Hesabat dövründə ixracın dəyəri 38,1 faiz artaraq 25 milyard 552,6 milyon dollar, o cümlədən qeyri-neft-qaz ixracı 2,5 dəfə artaraq 6 milyard 651,6 milyon dollar olub. Doqquz ayda idxalın dəyəri isə 20,4 faiz azalaraq 13 milyard 345,9 milyon dollar təşkil edib.
VOİCEPRESS