DOLAR
50,77 ₺
EURO
55,69 ₺
STERLİN
66,76 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Müsahibə Təhlil Sport Yazarlar Mədəniyyət YanPress
Menü
Dil
Русский Azerbaycan

Paşinyandan müxalifətə sərt mesaj: Azərbaycanla sülhün qarşısını onlar alır

Ermənistanın baş naziri Nikol Paşinyan parlament müxalifətini Azərbaycanla yekun sülhün əldə olunması yolunda son maneə adlandırıb.

|
Paşinyandan müxalifətə sərt mesaj: Azərbaycanla sülhün qarşısını onlar alır

Ermənistanın baş naziri Nikol Paşinyan parlament müxalifətini Azərbaycanla yekun sülhün əldə olunması yolunda son maneə adlandırıb. VOİCEPRESS xəbər verir ki, Paşinyan bu barədə Ermənistanın İctimai Televiziyasına müsahibəsində danışıb.

Baş nazirin sözlərinə görə, hazırda parlament müxalifəti sülh prosesinin qarşısında duran əsas siyasi maneədir. O, müxalifət deputatlarını ölkənin yeni Konstitusiyası ilə bağlı referendumun keçirilməsini dəstəkləməyə çağırıb.

“Bu gün parlament müxalifəti sülhə gedən yolda son maneədir. Onlar konstitusiya referendumunun keçirilməsinə səs verməlidirlər”, – Paşinyan bildirib.

Ermənistan hökumətinin başçısı parlament müxalifətinin referendumun keçirilməsinin lehinə səs verəcəyinə əmin olduğunu da ifadə edib.

Paşinyan, həmçinin Ermənistanın institusional dövlətə çevrilməsinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, ölkənin gələcək inkişafı və Azərbaycanla sülh prosesinin irəliləməsi baxımından konstitusiya dəyişiklikləri mühüm əhəmiyyət daşıyır.

Qeyd edək ki, Ermənistanın yeni Konstitusiyası məsələsi Bakı ilə İrəvan arasında sülh sazişinin imzalanması kontekstində müzakirə olunur. Azərbaycan tərəfi Ermənistan Konstitusiyasında ərazi iddiaları ilə əlaqələndirdiyi müddəaların aradan qaldırılmasını sülh sazişinin imzalanması üçün vacib şərt kimi irəli sürür.

Beləliklə, Paşinyan referendum məsələsində parlament müxalifətinin dəstəyini əldə etməyə çalışır. Müxalifətin bu məsələdə tutacağı mövqe Ermənistanın daxili siyasi gündəliyi ilə yanaşı, Azərbaycanla sülh prosesinin gələcək mərhələləri baxımından da diqqət mərkəzindədir.

Aysel İsgəndərova

VOİCEPRESS

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR