DOLAR
50,77 ₺
EURO
55,69 ₺
STERLİN
66,76 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Müsahibə Təhlil Sport Yazarlar Mədəniyyət YanPress
Menü
Dil
Русский Azerbaycan

Krım körpüsü yerlə-yeksan ediləcək – Zelenski ordudan bunu tələb etdi

Ukrayna Prezidenti Volodimir Zelenski Krım körpüsünün tamamilə məhv edilməsini istəyir. Ukrayna ordusunun strateji əhəmiyyət daşıyan bu…

|
Krım körpüsü yerlə-yeksan ediləcək – Zelenski ordudan bunu tələb etdi

Ukrayna Prezidenti Volodimir Zelenski Krım körpüsünün tamamilə məhv edilməsini istəyir. Ukrayna ordusunun strateji əhəmiyyət daşıyan bu nəqliyyat keçidinə qarşı yeni zərbələr hazırladığı bildirilir.

VOİCEPRESS Britaniyanın “The Telegraph” qəzetinə istinadən xəbər verir ki, Zelenski hərbi komandanlığa Krım körpüsünün qalan hissəsinin də sıradan çıxarılması ilə bağlı tapşırıq verib. Hərbi mənbələrdən biri prezidentin körpünün tamamilə dağıdılmasını istədiyini bildirib.

Xatırladaq ki, noyabrın 17-18-də Ukrayna qüvvələrinin həyata keçirdiyi hücumlar nəticəsində körpünün avtomobil yolunun bir hissəsi və dayaqlarından biri dağılıb. Dəmir yolu hissəsinin də ciddi zədələndiyi bildirilir.

Məlumata əsasən, əməliyyat bir neçə mərhələdən ibarət olub və müxtəlif silah sistemlərindən istifadə edilib. “The Telegraph” yazır ki, Zelenski ikinci zərbənin endirilməsi barədə şəxsən göstəriş verib.

Krım körpüsü Rusiya ilə ilhaq edilmiş Krım yarımadasını birləşdirən əsas nəqliyyat xətlərindən biridir. Ukrayna tərəfi bu keçidin Rusiya ordusunun hərbi təchizatında istifadə olunduğunu bildirir.

Qeyd edək ki, körpünün tamamilə məhv edilməsi ilə bağlı göstəriş və yeni hücum hazırlıqları barədə məlumatlar hələlik “The Telegraph”ın anonim hərbi mənbələrinə əsaslanır. Bu iddia Ukrayna rəsmiləri tərəfindən ayrıca rəsmi açıqlama ilə təsdiqlənməyib.

Aysel İsgəndərova

VOİCEPRESS

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR