Azərbaycanda İİV-ə daha çox inyeksion narkotik istifadəsi nəticəsində yoluxurlar
Azərbaycanda İİV infeksiyasına yoluxma daha çox inyeksion narkotik istifadəsi nəticəsində olur.VOİCEPRESS trend-ə istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Respublika QİCS Mərkəzinin monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Natiq Zülfüqarov deyib.Onun sözlərinə görə, İİV daşıyıcılarının 45,5%-də İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində, 43,2%-də heteroseksual, 2%-də isə homoseksual kontakt nəticəsində, 1,9%-də anadan uşağa keçməklə, 0,02%-də (1 nəfər) [...]