VOİCEPRESS milli.az-a istinadən xəbər verir ki, bu barədə hərbi ekspert, ehtiyatda olan polkovnik Məhərrəm Cahangirov bildirib.
Veteran hərbçinin sözlərinə görə, Azərbaycan ordusu ən güclülərdəndir. Lakin, görünür, Ordumuzun uğurları bəzi bədnamları ciddi narahat edir: “Qısa müddət ərzində Azərbaycanda, o cümlədən Ali Baş Komandanın tapşırığına əsasən ordumuzda aparılan islahatlar və qazanılan uğurlar göz qabağındadır. Artıq hamı təsdiq edir ki, Ordumuz uğurla inkişaf edir, döyüş hazırlığı, nizam-intizamı daha da möhkəmlənir, yeni silah və texnika alınır, irimiqyaslı təlimlər keçirilir. Dünyanın bir çox nüfuzlu şəxsləri və təşkilatlar qazandığımız uğurları yüksək qiymətləndirirlər. Belə olan halda bir ovuc qara niyyətli xəbislərin yalanları, əslində, heç nəyi dəyişmir. Uğurlarımızdan narahat olanlar isə, əsasən, düşmən dəyirmanına su tökənlər və erməni lobbisinin təsiri altına düşənlərdir”.
Polkovnik qeyd edib ki, bütün bu uğursuz, qərəzli çıxışlara baxmayaraq xalqımız ordumuza güvənir və onun qələbələrinə sevinir: “Xaricdəki bəzi azərbaycanlılar ermənilərlə birləşib ordumuzu ləkələməyə çalışır. Öz tərəfimdən isə sosial şəbəkə istifadəçilərindən bu cür təxribatlara uymamağı və ara söhbətlərinə fikir verməməyi tövsiyə edirəm”.
VOİCEPRESS.AZ