Bu, İngiltərədə aparılan bir araşdırma zamanı ortaya çıxıb. Araşdırmaçı Jaime Smith işçilərin rifahını dəstəkləmək üçün məktəblərə olan ehtiyacın getdikcə artdığını vurğulayıb.
VOİCEPRESS.AZ araşdırma nəticələrini təqdim edir:
Sorğuya qatılan minlərlə müəllim, məktəb müdiri və məktəb kollektivinin təxminən 62%-i ağır iş yükünün onları stressə saldığını dediyi halda, iştirakçıların yarısı hesabatlılıq meyarlarının daha çox təzyiqə səbəb olduğunu;
Hər 10 müəllimdən 4-ü (39%-i) şagirdlərin yaşadığı güvənlik, ya da psixi sağlamlıq problemlərinə görə narahat olduqları üçün əhvalsız olduqlarını;
İştirakçların 19%-i işlərinin onlara pozitiv əhval-ruhiyyə bəxş etmədiyini;
Sorğuda iştirak edənlərin 55%-i məktəblərdə işçilərin zehni və ruhi sağlamlıqları haqqında aşkar şəkildə danışmağa təşvik edilmədiyini;
Müəllimlərin dörddə üçü işlədikləri məktəblərdə psixi və ruhi sağlamlıqlarına diqqət ayrılmadığını bildiriblər.
VOİCEPRESS.AZ