DOLAR
49,13 ₺
EURO
55,26 ₺
STERLİN
65,01 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

İndoneziyada sunami nəticəsində 431 nəfər ölüb

İndoneziyanın Sumatra və Yava adalarında sunami nəticəsində 431 nəfər ölüb, 7,2 min nəfər yaralanıb.VOİCEPRESS.AZ TASS-a istinadən xəbər verir ki, bu barədə…

|
İndoneziyada sunami nəticəsində 431 nəfər ölüb

İndoneziyanın Sumatra və Yava adalarında sunami nəticəsində 431 nəfər ölüb, 7,2 min nəfər yaralanıb.

VOİCEPRESS.AZ TASS-a istinadən xəbər verir ki, bu barədə şənbə günü Təbii Fəlakətlərin Aradan Qaldırılması üzrə Milli Agentliyin rəsmi nümayəndəsi Sutopo Nuqroxo öz “Twitter” səhifəsində yazıb.

O qeyd edib ki, təbii fəlakət nəticəsində 46 mindən çox yerli sakin öz evlərini tərk etmək məcburiyyətində qalıb, təqribən 1,5 min yaşayış obyekti tamamilə dağılıb.

Daha çox insan itkisi Yava adasının Banten əyalətində yerləşən Pandeqlanq və Seranq rayonlarında, həmçinin Sumatranın Lampunq əyalətində qeydə alınıb.

Daha əvvəl İndoneziyada məktəb binasının uçması nəticəsində 20 nəfər ölüb.

VOİCEPRESS.AZ

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR