DOLAR
49,29 ₺
EURO
55,14 ₺
STERLİN
65,16 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

Nazir: “Trampın qərarı “ekstremistlərə hədiyyədir””

İran xarici işlər naziri Cavad Zərif ABŞ prezidenti Donald Trampın 7 müsəlman ölkənin vətəndaşlarının ABŞ-a səfərinə qadağa qoyulmasını “ekstremistlərə böyük…

|
Nazir: “Trampın qərarı “ekstremistlərə hədiyyədir””

İran xarici işlər naziri Cavad Zərif ABŞ prezidenti Donald Trampın 7 müsəlman ölkənin vətəndaşlarının ABŞ-a səfərinə qadağa qoyulmasını “ekstremistlərə böyük hədiyyə” adlandırıb.

VOİCEPRESS-in verdiyi məlumata görə, C.Zərif bunu “Twitter” sosial şəbəkəsindəki səhifəsində yazıb.

C.Zərif bildirib ki, kollektiv diskriminasiya fikir ayrılıqlarının dərinləşməsinə, terror təbliğatına kömək edir, ekstremistlər də bundan mövqelərini gücləndirmək üçün istifadə edirlər.

Qeyd edək ki, bundan əvvəl İran Xarici İşlər Nazirliyi İran vətəndaşlarının ABŞ-a səfərinə qadağa qoyulması ilə bağlı cavab addımı atılacağını bəyan edib.

Xatırladaq ki, cümə günü D. Tramp İraq, İran, Suriya, Sudan, Yəmən. Liviya və Somali vətəndaşlarının 90 gün ərzində ABŞ-a daxil olmasının qadağan edilməsi barədə fərman imzalayıb.

VOİCEPRESS.AZ

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR