DOLAR
49,13 ₺
EURO
55,26 ₺
STERLİN
65,01 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

NATO baş katibindən ETİRAF: “Türkiyə əhəmiyyətli bir müttəfiqdir”

NATO-nun baş katibi Yens Stoltenberq Türkiyənin İŞİD-lə mübarizə edən ölkələr arasında ilk sırada yer aldığını vurğulayıb.VOICEPRESS xəbər verir ki, ABŞ…

|
NATO baş katibindən ETİRAF: “Türkiyə əhəmiyyətli bir müttəfiqdir”

NATO-nun baş katibi Yens Stoltenberq Türkiyənin İŞİD-lə mübarizə edən ölkələr arasında ilk sırada yer aldığını vurğulayıb.

VOICEPRESS xəbər verir ki, ABŞ prezidenti Donald Tramp və NATO-nun baş katibi Yens Stoltenberq Londonda təşkil edilən NATO Dövlət və Hökumət Başçılarının Zirvə Toplantısı çərçivəsində görüşüb.

Stoltenberq görüş zamanı “Türkiyə İŞİD-ə qarşı apardığımız mübarizədə həddindən artıq əhəmiyyətli bir ölkə idi. Türkiyədəki hərbi bazalardan istifadə edilmədən İŞİD-in məğlub edilməsi mümkün ola bilməzdi”- deyə fikir səsləndirib.

Türkiyənin əhəmiyyətli bir müttəfiq olduğunu qeyd edən Stoltenbergin sözlərinə görə bunu görmək üçün sərhədə nəzər salmaq kifayətdir:

“Türkiyə hərbi əməliyyatı dayandırdı. Zorakılıqda ciddi bir azalma var. Bundan sonra siyasi həll üçün səy göstərməliyik”.

VOICEPRESS

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR