Müsəlman ölkəsi olan Mərakeşdə qadınların əsas geyim növlərindən biri hesab edilən niqab qadağan edilib.
Qadağa barədə ölkənin Daxili İşlər Nazirliyi bəzi şəhərlərə rəsmi məktub göndərib. Müraciət Tanca, Tatavin, Mertil, Sela, Tarevdanat və Meknes şəhərlərindəki fabrik, mağazalara ünvanlanıb.
48 saat ərzində niqab istehsalının bitməli olduğu barədə xəbərdarlıq edilib. Qadağa riayət etməyənlərin məhsulları isə müsadirə ediləcək.
Taliban zamanında bu geyimdən istifadə Əfqanıstanda məcburi idi. Hazırda daha çox Pakistan, Hindistanın şimal bölgələrində daha böyük rəğbət görür. Lakin dünyanın əksər ölkələrində müsəlman qadınlar tərəfindən istifadə edilir.
VOİCEPRESS.AZ