DOLAR
49,13 ₺
EURO
55,26 ₺
STERLİN
65,01 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

Moskvada baş vermiş atışmada yaralanan digər FTX əməkdaşı xəstəxanada ölüb

Rusiya paytaxtında Federal Təhlükəsizlik Xidmətinin binası qarşısında baş vermiş silahlı insident zamanı hüquq-mühafizə orqanlarının yaralanan digər əməkdaşı…

|
Moskvada baş vermiş atışmada yaralanan digər FTX əməkdaşı xəstəxanada ölüb

Rusiya paytaxtında Federal Təhlükəsizlik Xidmətinin binası qarşısında baş vermiş silahlı insident zamanı hüquq-mühafizə orqanlarının yaralanan digər əməkdaşı xəstəxanada dünyasını dəyişib.

VOİCEPRESS “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə İstintaq Komitəsinin nümayəndəsi Svetlana Petrenko bildirib.

“Atışma nəticəsində FTX-nin bir əməkdaşı hadisə yerində ölüb, digəri isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb və orada keçinib”, – Petrenko belə deyib.

Onun sözlərinə görə, biri mülki şəxs olmaqla, daha 5 nəfər xəsarət alıb, onların xəsarətlərinin orta ağır olduğu bildirilir.

Məlumata görə, Lubyanka rayonunda hüquq-mühafizə orqanlarına hücum edən şəxs 39 yaşlı Moskvaətrafı rayonun sakini Yevgeni Manyurov olub.

İnsidentlə bağlı hazırda istintaq araşdırmaları aparılır.

VOİCEPRESS

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR