VOİCEPRESS.AZ RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə bazar günü nazirlik məlumat yayıb.
“Roma dövrünə aid oval şəkilli, qırmızı rəngli gil sarkofaqlar aşkar olunub”, – deyə məlumatda bildirilir.
Qədim Abidələr üzrə Ali Şuranın baş katibi Mustafa əl-Vazirinin sözlərinə görə, bəzi sarkofaqlarda insanın üz cizgilərini, digərlərində mühəndis avadanlıqlarını görmək olar. Sarkofaqlarda ölmüş insanların qalıqları aşkar olunub.
Həmçinin qazıntılar zamanı yüzlərlə gil qab-qacaq və zərgərlik məmulatları tapılıb. Xüsusilə, üzərində üzüm tənəyi təsvir olunan üzüklər üzə çıxıb.
Daha əvvəl Mərakeşdə 90 min il yaşı olan qədim bıçaq tapılıb.


VOİCEPRESS.AZ