Ölümün mübarək, körpə qızım…
6 günlük körpənin quyuya atılıb öldürülməsi xəbərini neçə gündür hər üzünə çevirib düşünürəm. Neçə gündür susuram, neçə gündür içimdə danışıram, özümə suallar yağdırıram, deyirəm, niyə axı, niyə? Görürəm ki, bu sualların obyekti mən deyiləm, sonra yenə susuram. Amma indi tamamilə hissiz, emosiyasız, necə deyirlər, soyuq başla yazıram. Yaxşı ki, bir qız uşağının doğulduğu, iki qız [...]