Qurban Bayramı nə vaxtdır və bu bayram bizə nəyi öyrədir?
Qarşıdan müqəddəs Qurban bayramı gəlir (Bu il sentyabrın 12-nə təsadüf edir). Bütün dünya müsəlmanları kimi Azərbaycan müsəlmanları da Qurban bayramını qeyd edəcək, niyyəti olanlar qurban kəsib qohumlara, qonşulara, ehtiyaclı insanlara paylayacaq, ələ düşmüş istirahət günlərindən istifadə edib qohumların görüşünə, yaxınlarının qəbirlərinin ziyarətinə gedəcək, kimsə yenə növbəti dəfə Qurban Bayramının mahiyyətini yada salacaq, bu bir neçə [...]