Günümüzdə insanlar klassik mesajlaşmaq yerinə WhatsApp və ona bənzər mesajlaşma tətbiqetmələrini tərcih edir. Bu sistem internet dəstəkli çalışdığı üçün internetin olduğu nöqtələrdə istifadəçilərə əlavə xərc yükü də gətirmir.
Şübhəsiz ki, günümüzdə ən çox istifadə olunan mesajlaşma tətbiqetmələrindən biri də WhatsApp-dır. WhatsApp-ın birbaşa açıqladığı rəqəmlərdə bu durum bir daha aydın şəkildə çatdırılır. Firmadan açıqlanan rəqəmlərə görə, keçən il aktiv istifadəçi sayı 1 milyard nəfər olduğu halda, 2017-ci ildə isə bu rəqəm aktiv istifadəçi sayını göstərir. Yəni, hər gün 1 milyard nəfər Whatsapp-a girərək dostları və ya başqaları ilə söhbət edir. Çünki Whatsapp-da hər gün 55 milyarddan artıq mesaj göndərilir. İndilərdə 60 dili dəstəkləyən Whatsapp-da gündəlik göndərilən şəkil sayı 4.5 milyard, video sayı isə 1 milyarddır.
Belə görünür ki, bu tətbiqetmə bütün dünyada ən çox istifadə olunan mesajlaşma sistemi olmağı tam haqq edir. WhatsApp-ın digər mesajlaşma sistemlərindən daha çox tərcih edilməsinin əsas səbəbi isə onun təhlükəsiz olmasıdır. İnsanlar özəl şəkil, video və məlumatlarını paylaşdıqları platformanın nə dərəcədə etibarlı olmasına böyük əhəmiyyət verirlər. Bu baxımdan da WhatsApp-ın yaratdığı təhlükəsizlik sistemini, etibarlılıq duyğusunu digər patformalarda tapa bilmirlər.
VOİCEPRESS.AZ