DOLAR
49,13 ₺
EURO
55,26 ₺
STERLİN
65,01 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

Macarıstan Azərbaycana 100 min avro ayırdı

Macarıstan hökuməti ANAMA-NATO/NSPA Sülh Naminə Tərəfdaşlıq Etimad Fondunun "Ceyrançöl ətrafının partlamamış hərbi sursatlardan təmizlənməsi" layihəsi…

|
Macarıstan Azərbaycana 100 min avro ayırdı

Macarıstan hökuməti ANAMA-NATO/NSPA Sülh Naminə Tərəfdaşlıq Etimad Fondunun “Ceyrançöl ətrafının partlamamış hərbi sursatlardan təmizlənməsi” layihəsi çərçivəsində 100 min avro ayırıb.

VOİCEPRESS xəbər verir ki, Macarıstanın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, ödəniş NATO Dəstək Agentliyinin hesabına edilib. NATO-nun mənzil-qərargahında Tərəfdaşlıq və Kooperativ Təhlükəsizlik Komitəsinin iclasında Türkiyə “Ceyrançöl təmizləmə layihəsi”nin 3-cü mərhələsinin lider ölkəsi kimi, Azərbaycan isə alıcı ölkə kimi Macarıstan hökumətinə minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, cari ilin yanvarından Macarıstan səfirliyi NATO-nun Bakıdakı nümayəndəliyinin əlaqələndiricisidir.

VOİCEPRESS.AZ

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR