DOLAR
49,13 ₺
EURO
55,26 ₺
STERLİN
65,01 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

Lukaşenko Putinə Yeni il hədiyyəsi aparıb

Belarus prezidenti Aleksandr Lukaşenko Rusiya prezidenti Vladimir Putinə Yeni il hədiyyəsi aparıb.VOİCEPRESS.AZ Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu…

|
Lukaşenko Putinə Yeni il hədiyyəsi aparıb

Belarus prezidenti Aleksandr Lukaşenko Rusiya prezidenti Vladimir Putinə Yeni il hədiyyəsi aparıb.

VOİCEPRESS.AZ Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu hədiyyə Lukaşenkonun öz bostanından yığdığı 4 kisə kartof və həmçinin saladır.

A.Lukaşenkonun mətbuat katibi Natalya Eysmont bildirib ki, söhbət “elit sort” kartofdan gedir.

Onun sözlərinə görə, Putinə aparılan hər kisədə fərqli sortlardan kartof yığılıb.

Belarus liderinin Putinə hədiyyəsi prezidentlərin dekabrın 29-da Moskva görüşündə təqdim olunub.

Bu, son həftə ərzində Rusiya və Belarus prezidentlərinin ikinci görüşüdür.

Putinlə Lukaşenko dekabrın 29-da 3 saatdan çox söhbət ediblər.

Amma ötən dəfə olduğu kimi, görüşün nəticələri barədə heç bir məlumat verilməyib.

VOİCEPRESS.AZ

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR