İranda koronavirusa yoluxanların sayı 21638-ə çatıb.
VOİCEPRESS xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İran Səhiyyə nazirinin müşaviri Əli Rza Vahabzadə deyib.
“Son sutkada 1028 nəfər koronavirusa yoluxub. Bu günə qədər koronavirusa yoluxanların sayı 21638 nəfər təşkil edir. Təəssüf ki, son sutkada 129 nəfər ölüb. Ölənlərin ümumi sayı 1685 nəfərdir”, – deyə o bildirib.