Azərbaycan Türkiyəyə qaz ixracını 4% artırıb
2017-ci ilin yanvar-iyul ayları ərzində Azərbaycan Türkiyəyə "Şahdəniz-1" yatağından hasil olunan 3 mlrd. 936,37 mln. kubmetr qaz nəql edib. "APA-Economics" xəbər verir ki, 2016-cı ilin analoji dövrü ilə müqayisədə bu göstərici 3,7% çoxdur. Cari ilin iyul ayında Azərbaycan qardaş ölkəyə 594,52 mln. kubmetr qaz ixrac edib. Türkiyənin qaz idxalında Azərbaycanın payı 14,38% təşkil edir. Qeyd [...]