DOLAR
49,13 ₺
EURO
55,26 ₺
STERLİN
65,01 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

Azərbaycan Türkiyəyə qaz ixracını 4% artırıb

2017-ci ilin yanvar-iyul ayları ərzində Azərbaycan Türkiyəyə "Şahdəniz-1" yatağından hasil olunan 3 mlrd. 936,37 mln. kubmetr qaz nəql edib. "APA-Economics…

|
Azərbaycan Türkiyəyə qaz ixracını 4% artırıb

2017-ci ilin yanvar-iyul ayları ərzində Azərbaycan Türkiyəyə “Şahdəniz-1” yatağından hasil olunan 3 mlrd. 936,37 mln. kubmetr qaz nəql edib.

“APA-Economics” xəbər verir ki, 2016-cı ilin analoji dövrü ilə müqayisədə bu göstərici 3,7% çoxdur.

Cari ilin iyul ayında Azərbaycan qardaş ölkəyə 594,52 mln. kubmetr qaz ixrac edib. Türkiyənin qaz idxalında Azərbaycanın payı 14,38% təşkil edir.

Qeyd edək ki, iyul ayında Türkiyə 4 mlrd. 135,45 mln. qaz idxal edib ki, bu da ötən ilin müvafiq ayı ilə müqayisədə 28,43% çoxdur.

2016-cı ildə Azərbaycan Türkiyəyə 6 mlrd. 479,87 mln. kubmetr qaz ixrac edib.

VOİCEPRESS.AZ

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR