Ekspert: “Bölgələr mərkəzi büdcə hesabına maliyyələşdirilməli deyil”.
"Rayonlarımız demək olar, yenə mərkəzdən, yəni dövlət büdcəsindən asılı vəziyyətdədir". "Ölkədə sahibkarlığa maliyyə dəstəyi göstərilməsində getdikcə, kəmiyyətə deyil, keyfiyyətə daha çox diqqət yetirilməlidir".Bu sözləri VOİCEPRESS- ə açıqlamasında iqtisadçı-ekspert Pərviz Heydərov deyib. O bildirib ki, Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda dövlət başçımızın çıxışında diqqəti çəkən [...]