Pərviz müəllim onu da qeyd edib ki, “Belə bir görüş bundan əvvəl, keçmiş prezident Barak Obama tərəfindən 2011-ci ildə keçirilmişdi. Hansı ki, həmin dövrdə Ağ Ev rəhbərliyi ABŞ-ı resesiyadan çıxartmaq üçün yollar axtarırdı və iqtisadiyyatın real sektoruna güclü maliyyə dəstəyi göstərirdi. Elə Amerikanın 2008-2009-cu illərdə yaranan məlum böhrandan çıxmasında da məhz avtomobil sənayesinin həlledici rol oynadığı yaxşı məlumdur…
Amma necə ?!… ABŞ minik avtomobilləri Yaponiya analoqları ilə necə rəqabətə girdi ?!… Dünyada ən çox satılan yapon minik avtomobillərinə ABŞ-da istehsal olunan analoqlar necə “qalib” gəldi ?!… Yadınıza salmaq istəyirəm: sözügedən ildə, yəni 2011-ci ildə Yaponiyada nə baş verdi ?!… Sunami !… O təsadüf idimi ?!.. Yaponiyada bundan ən çox iqtisadiyyatın hansı sahəsi zərər çəkdi ?!… Xatırlayın !… Avtomobil sənayesi !… Bəli, bəli, məhz avtomobil sənayesi !… Bütün dünyada elan olunmağa başlandı ki, yapon minik avtomobillərində Fukusimo Atom Elektrik Stansiyasında baş verən qəza ilə bağlı radiasiya elementləri var … Xatırlayırsızmı ?!? Və 2011-ci ildən sonra bütün dünyada məhz Amerika minik avtomobilləri daha yaxşı satılmağa başlandı… Bunu təkcə, ölkəmizdə göstərilən ildən sonra ən çox satışı gedən minik avtomobillərinin mənşəyi də yaxşı sübut edir…
İndi sual edirəm: D. Tramp görəsən, nəyin hesabına ABŞ minik avtomobillərinin satışına ümid etmək niyyətindədir ?!… Yuxarıda adları çəkilən məşhur və tanınmış amerikan avtomobil istehsalçılarının Yaponiyaya məxsus analoqları keyfiyyətcı daha qənaətcil və yüksək sürətli olduqlarından rəqabətqabiliyyətlidir… ABŞ-da istehsal olunan avtomobillər bunlar ilə bazarda rəqabətə tab gətirə biləcəklərmi ?!… ABŞ avtomobilləri keyfiyyətli və komfortludur !… Lakin, bahalıdır !… Üstəlik sərfiyyatlıdırlar …Tramp nəyə ümid edir ?!…”
Aysel İsgəndərov
VOİCEPRESS.AZ