DOLAR
49,27 ₺
EURO
55,17 ₺
STERLİN
65,31 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

Hərbi hospitala hücum oldu, ölənlər var

Əfqanıstanda hərbi hospitala hücum edilib. VOİCEPRESS-in "RİA Novosti"yə istinadla verdiyi məlumata görə, basqın nəticəsində ilkin məlumata görə, 3 nəfər ölüb…

|
Hərbi hospitala hücum oldu, ölənlər var

Əfqanıstanda hərbi hospitala hücum edilib. VOİCEPRESS-in “RİA Novosti”yə istinadla verdiyi məlumata görə, basqın nəticəsində ilkin məlumata görə, 3 nəfər ölüb. 54 nəfər isə yaralanıb. Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Zərərçəkənlərin böyük əksəriyyəti xəstəxananın işçiləridir.

Partlayış paytaxt Kabulda ABŞ səfirliyi yaxınlığındakı Sərdar Muhəmməd Daud Xan hospitalının binasında olub. Daha sonra atışma başlayıb. Məlumata görə, döyüşçülər xəstəxana binasına həkim xalatlarında giriblər. Hücum edənlər 5 nəfər olublar. Onlardan biri özünü hospitalın girişində partladıb, ikisi zərərsizləşdirilib. Digər ikisi isə müqavimət göstərməyə davam edir.

Atışma davam edir. Həkimlərdən biri “TOLO News”a açıqlamasında deyib ki, hücum edən şəxslər binanın 3-4-cü mərtəbəsindədirlər.

Hələlik heç bir qruplaşma partlayışa görə məsuliyyəti üzərinə götürməyib.

VOİCEPRESS.AZ

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR