VOICEPRESS -in yerli bürosu xəbər verir ki, bu barədə Kvemo Kartli prokurorunun müavini Levan Lazaraşvili keçirdiyi brifinqdə bildirib. Onun sözlərinə görə, saxlanılan şəxslər arasında Qardabani meriyasının nümayəndəsi, eləcə də Krtsanisi Bələdiyyəsinin Hüquq şöbəsinin müdiri də var.
Əksər üzvlərinin dövlət orqanlarının əməkdaşları olduğu bildirilən cinayətkar dəstə üzvlərinin 2016-2019-cu illər ərzində dövlətə məxsus torpaq sahələrinin saxta sənədlər əsasında satışından 700 000 ları əldə etdikləri aşkarlanıb.
Faktla bağlı Baş Prokurorluq tərəfindən cinayət işi açılıb.
VOICEPRESS
