DOLAR
49,13 ₺
EURO
55,26 ₺
STERLİN
65,01 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

“Günəşli” yatağında əlavə 8 quyu qazılacaq

“Günəşli”dəki 5 saylı platformada əlavə 8 quyu qazılacaq.SOCAR-dan VOİCEPRESS-ə verilən məlumata görə, şirkətin “Azneft” İB-nin sifarişi ilə…

|
“Günəşli” yatağında əlavə 8 quyu qazılacaq

“Günəşli”dəki 5 saylı platformada əlavə 8 quyu qazılacaq.

SOCAR-dan VOİCEPRESS-ə verilən məlumata görə, şirkətin “Azneft” İB-nin sifarişi ilə “Neftqazelmitədqiqatlayihə” İnstitutunun layihəsi əsasında ”Günəşli” yatağındakı 5 saylı Dərin Dəniz Özülündə əlavə 8 quyunun qazılması üçün yenidənqurma işləri aparılır.

Layihənin baş podratçısı “Neftqaztikinti” Trestidir. Məqsəd yataqda qazılacaq yeni quyuların keyfiyyətli istismarını, neftin və qazın hasilatının və nəqlinin sabit saxlanılmasını təmin etməkdir.

İşlər çərçivəsində indiyədək 1 dəst istiqamətləndirici boru, həmçinin suayrıcı borular hazırlanıb, 2 və 3 saylı modulların alt şitinin rekonstruksiyası tamamlanıb, yeni quyuların yerləri üçün quraşdırma işlərinə başlanılıb.

VOİCEPRESS.AZ

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR