DOLAR
49,13 ₺
EURO
55,26 ₺
STERLİN
65,01 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

Georgi Qaxaria Baş nazir postuna gətirilir

Hakim "Gürcü Arzusu-Demokratik Gürcüstan" partiyası Gürcüstanın daxili işlər naziri Georgi Qaxarianın Baş nazir postuna namizədliyini irəli sürüb…

|
Georgi Qaxaria Baş nazir postuna gətirilir

Hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyası Gürcüstanın daxili işlər naziri Georgi Qaxarianın Baş nazir postuna namizədliyini irəli sürüb.

VOİCEPRESS.AZ -ın verdiyi xəbərə görə, bu barədə partiyanın lideri Bidzina İvanişvili açıqlama verib.
“Bu gün səhər saatlarında “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının Siyasi Şurasının iclası keçirilib. Siyasi Şurada mən partiyanın sədri olaraq Georgi Qaxarianın yeni Baş nazir olaraq namizədliyini irəli sürdüm”.

G.Qaxariya isə bildirib ki, 2013-2015-ci illərdə ölkənin Baş naziri olmuş İrakli Qaribaşvilini müdafiə naziri, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Vaxtanq Qomelaurini isə daxili işlər naziri vəzifələrinə təsdiqləmək üçün parlamentə təklif göndərəcək.

O, qeyd edib ki, hazırki müdafiə naziri Levan İzoria isə Dövlət Təhlükəsizlik Xidmətinin rəisi vəzfiəsinə təyin olunacaq.

Qeyd edək ki, ötən gün Mamuka Baxtadze Gürcüstanın Baş naziri vəzifəsindən istefa verib.

VOİCEPRESS.AZ

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR