Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) 2018-ci dövlət büdcəsinə daxilolmalar üzrə proqnozu tam yerinə yetirmək niyyətindədir.
VOİCEPRESS xəbər verir ki, bunu jurnalistlərə DGK-nin sədri Aydın Əliyev deyib.
VOİCEPRESS xəbər verir ki, bunu jurnalistlərə DGK-nin sədri Aydın Əliyev deyib.
Onun sözlərinə görə, gələn il üçün gömrük daxilolmaları üzrə proqnoz 2,43 milyard manat təşkil edir:
“Bu, 2017-ci il üçün gömrük daxilolmaları üzrə proqnozdan 180 milyon manat çoxdur. Əgər bu günədək biz dövlət büdcəsinə 2,13 milyard manat keçirdiyimizi nəzərə alsaq, fikrimcə, gələn il üçün proqnozu yerinə yetirə biləcəyik”.
VOİCEPRESS.AZ