DOLAR
49,13 ₺
EURO
55,26 ₺
STERLİN
65,01 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

Fransada etiraz aksiyalarına 89 mindən çox asayiş keşikiçisi səfərbər olunacaq

Fransada etiraz aksiyalarında asayişi qorumaq üçün on minlərlə asayiş keşikiçisi səfərbər olunacaq.VOİCEPRESS.AZ xəbər verir ki, bu barədə ölkənin baş naziri…

|
Fransada etiraz aksiyalarına 89 mindən çox asayiş keşikiçisi səfərbər olunacaq

Fransada etiraz aksiyalarında asayişi qorumaq üçün on minlərlə asayiş keşikiçisi səfərbər olunacaq.

VOİCEPRESS.AZ xəbər verir ki, bu barədə ölkənin baş naziri Eduar Filipp TF1 telekanalının efirində bildirib.

O, bildirib ki, ölkədə benzinin qiymətinin bahalaşmasına etiraz əlaməti olaraq keçirilən aksiyada hüquq-mühafizə orqanlarının 89 mindən çox əməkdaşı səfərbər ediləcək.

Baş nazir həmçinin qeyd edib ki, Parisdə asayişi 8 min polis əməkdaşı və xüsusi texnika mühafizə edəcək. Fransada benzinin qiymətinin bahalaşmasına etiraz əlaməti olaraq keçiriləcək növbəti kütləvi aksiya sabah təşkil ediləcək.

Qeyd edək ki, Fransada avtomobil yanacağı qiymətlərinin artımına qarşı kütləvi etirazlar noyabrın 17-dən keçirilir. Hərəkat iştirakçıları sarı jiletlər geyirlər.

VOİCEPRESS.AZ

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR