DOLAR
49,13 ₺
EURO
55,26 ₺
STERLİN
65,01 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

Fransa prezidenti etirazçıları sərt cəzalandırılacaqları ilə hədələdi

Fransa hökuməti “sarı jiletlilər”in nümayişləri zamanı dağıntı və talançılıqla məşğul olanları sərt şəkildə cəzalandıracaq. VOİCEPRESS.AZ xarici mediaya…

|
Fransa prezidenti etirazçıları sərt cəzalandırılacaqları ilə hədələdi

Fransa hökuməti “sarı jiletlilər”in nümayişləri zamanı dağıntı və talançılıqla məşğul olanları sərt şəkildə cəzalandıracaq.

VOİCEPRESS.AZ xarici mediaya istinadən xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron Çada səfəri zamanı deyib.

”Aydın məsələdir ki, ən sərt tədbirlər görüləcək”, – deyə BFM TV Makronun sözlərini sitat gətirib.

Dövlət başçısı etirazçıları barışıq əldə etməyə və fikir ayrılıqlarını aradan qaldırmağa çağırıb.

”Fransaya indi nizam-intizam, dinclik və həmrəylik lazımdır”, – deyə o qeyd edib.

Qeyd edək ki, ötən gün ölkədə keçirilən etiraz aksiyaları zamanı 220 nəfər saxlanılıb.

VOİCEPRESS.AZ

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR