DOLAR
49,11 ₺
EURO
55,48 ₺
STERLİN
65,08 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

“France 24” qalmaqal yaratdı: Ərdoğanın Qarabağ açıqlaması təhrif edildi – VİDEO

Fransanın “France 24” telekanalı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Qarabağ münaqişəsi və qardaş ölkənin Azərbaycana dəstəyi ilə bağlı fikirlərini…

|
“France 24” qalmaqal yaratdı: Ərdoğanın Qarabağ açıqlaması təhrif edildi – VİDEO

Fransanın “France 24” telekanalı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Qarabağ münaqişəsi və qardaş ölkənin Azərbaycana dəstəyi ilə bağlı fikirlərini təhrif olunmuş şəkildə təqdim etməklə qalmaqala səbəb olub.

Bu barədə “Takvim” məlumat yayıb.

Telekanalın Türkiyə Prezidentinin çıxışını altyazı ilə təqdim edərkən təhrifə yol verdiyi üzə çıxıb. Türkiyə mətbuatı bunun bilərəkdən edildiyini vurğulayıb.

Belə ki, Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisində çıxışı zamanı deyib: “Ermənilərin işğal etdiyi ərazilərdən çıxmaqları lazımdır ki, həllə nail olunsun. Bax, indi nəticə zamanıdır, azərbaycanlı qardaşlarımız da öz işlərini özləri həll etmək üçün addım atıb”.

“France 24” isə Türkiyə liderinin sözlərini bu cür təhrif edib: “Türkiyə bu ədalətsiz, hüquqa zidd və qanlı oyunu pozmaq üçün əlindəki gücü və qüvvəni istifadə etməyə qərarlıdır. Digər dünya güclərinə meydan oxumaq riskini öz üzərimizə götürərək azərbaycanlı qardaşlarımızın yanında dayanırıq”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR